Dünya

Pakistanlıların yuxusu qaçdı

27 Fevral 2015 09:34
0 Şərh     Baxış: 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ölkədə baş verən 5,8 bal gücündə zəlzələ yerliləri təşvişə salıb

Pakistanda güclü zəlzələ meydana gəlib.

Anspress-in məlumatına görə, Pakistanın Battaqram əyalətində maqnitudası 5,8 bal gücündə qiymətləndirilən yeraltı təkanlar qeydə alınıb.

Zəlzələ yerli vaxtla ötən gecə 22 radələrində baş verib. Pakistan Milli Seysmoloji Stansiyasının yaydığı açıqlamada zəlzələnin episentrinin paytaxt İslamabaddan 100 kilometr məsafədə yerləşən Battaqramda meydana gəldiyi bildirilir.

Güclü yeraltı təkanlar ölkənin Xaybar Pahtunhva və Pəncab əyalətlərində də hiss edilib.
Zəlzələ yerin 24 kilometr dərinliyində qeydə alınıb.

Yerli əhali arasında təşvişə səbəb olan zəlzələ zamanı dağıntı və fəlakətin olmadığı vurğulanır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.