Dünya

Türk sərhədçi 3 hərbçini güllələdi

27 Fevral 2015 09:23
0 Şərh     Baxış: 1 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Öldürülən hərbçilərdən ikisinin çavuş, birinin isə sıravi əsgər olduğu bildirilib

Türkiyədə əsəb gərginliyi keçirən hərbçi 3 yoldaşını güllələyərək öldürüb.

Anspress-in "İhlas" xəbər agentliyinə (İHA) istinadən verdiyi məlumata görə, hadisə Ağrı vilayətinin Doğubəyazid rayonundakı hərbi hissələrdən birində baş verib.

Hadisə barədə açıqlama verən Ağrı meriyası yerli vaxtla saat 23 (Bakı vaxtıyla saat 1) radələrində "Gökay" sərhəd zastavasına bağlı "Şəhid Fehmi Altınordu" sərhəd birliyində əsgərlərdən birinin əsəb gərginliyi keçirərək tüfənglə eyni pozisiyada olan 3 əsgəri vuraraq öldürdüyünü bildirib.

Açıqlamada öldürülən hərbçilərdən ikisinin çavuş, birinin isə sıravi əsgər olduğu bildirilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.