Dünya

Yunanıstanda üsyan başladı - VİDEO - FOTO

27 Fevral 2015 09:40
0 Şərh     Baxış: 1 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni baş nazirin verdiyi vədlər və iqtisadi addımları xalqı qane etməyib

Yunanıstanın paytaxtı Afinada yeni hökumətə qarşı etiraz aksiyası başlayıb.

Anspress-in məlumatına görə, özlərini "Hökumətə qarşı çıxan anarxiyaçılar" adlandıran qrup hökumətlə kreditorlar (borc verən) arasında əldə olunan razılaşmaya öz etirazlarını bildiriblər.

Afina Universitetinin qarşısında toplaşan təxminən 300 nəfərlik qrup buradan parlament binasının da yerləşdiyi "Sintagma" meydanına doğru yürüş edib.

Yürüş vaxtı təhlükəsizlik tədbiri görən çevik qüvvət polisi ilə onlara daş və "Molotov kokteyli" atan aksiyaçılar arasında insident baş verib. Belə ki, çevik polis aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Daha sonra aksiyaçılar ətrafda olan ofislərin, bank şöbələrinin, avtobus dayanacaqlarının və telefon köşklərinin şüşələrini sındırıb, yolda olan avtomobillərə od vurublar.

İlkin məlumata görə, aksiyalar zamanı insan tələfatı və yaralanma hadisəsi qeydə alınmayıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəklə klikləyin.
фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.