Dünya

Donbas qazla təmin olunacaq

27 Fevral 2015 09:54
0 Şərh     Baxış: 1 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qazprom" Ukraynaya nəql olunan təbii qazın Donbasa düşən hissəsini ayırmağa qərar verib

Rusiyanın "Qazprom" şirkəti Ukraynaya nəql olunan təbii qazın Donbas regionunun payına düşən hissəsini ayırmağa qərar verib. Rəsmi Kiyev bu bölgəyə sərf olunan qaza görə pul ödəməli olmayacaq.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, bir qədər əvvəl hökumət Donbas regionunda təbii qaz kəmərlərinin zərər gördüyünü əsas gətirərək bu bölgəyə qazın nəqlini dayandırmışdı.

"Qazprom" Rəsmi Kiyevin iştirakı olmadan Donbas regionunu qazla təmin etməyi planlaşdırır.

"Biz müzakirələr çərçivəsində "Naftoqaz"ın göstərdiyi tranzit xətlər vasitəsilə müraciət olunan həcmdə Donbasa qaz nəql etməyə hazırıq. Hazırki ödənilən məbləğə görə nəql olunan qaz həftəsonuna qədər kifayət edəcək", - deyə "Qazprom"un mətbuat katibi Sergey Kupriyanov bildirib.

Ukraynanın qalan hissələrinin qazla təmin olunması üçün isə hökumət "Qazprom"a əvvəlcədən ödəniş etməlidir. Hazırkı müqavilənin müddəti fevral ayının sonunda başa çatır.

Avropa Komissiyası enerji və qaz təhlükəsizliyi məsələlərinin müzakirəsi məqsədi ilə hər iki ölkənin enerji nazirlərini Belçikanın paytaxtı Brüsselə dəvət edib.

Rusiyanın Ukraynaya nəql olunan qazı kəsməsi, eyni zamanda, bu ölkə vasitəsi ilə Avropaya nəql olunan qazın 40 faizinin kəsilməsi deməkdir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.