Ermənistan paytaxtı yanvarın 29-da daha bir etiraz aksiyasının şahidi olacaq. "Aravot" qəzeti yazır ki, ATƏT-in İrəvandakı ofisi qarşısında təşkil olunacaq aksiya "ATƏT - Azərbaycanın təcavüzünün susqun sponsoru" devizi altında keçiriləcək.
Anspress-in xəbərinə görə, aksiyanın təşkilatçısı siyasi şərhçi Karen Vardanyandır. O, qəzetin müxbirinə deyib ki, məhz etiraz aksiyanın keçirilməsi haqqında qərar indi qəbul edilib. Çünki hər gün atəşkəs rejiminin pozulması halları ilə qarşılaşırıq, amma ATƏT və onun Minsk qrupu susqun və hərəkətsiz dayanır. Çoxları Ermənistanı və Rusiya tərəfini ittiham edirlər, amma heç kim ATƏT-i ittiham etməyə cürət göstərmir".
Ermənilərin bu aksiyanı keçirməsi səbəbsiz deyil. Belə ki, son günlər təmas xəttində yaşanan gərginlik nəticəsində Ermənistan ordusunun böyük sayda itki verməsi onları bu addımı atmağa məcbur edir. Dünənə kimi, ATƏT-i və Minsk qrupunu tərifləyən "erməni başbilənləri" indi bu təşkilata qarşı etiraz səsi ucaldırlar. Deyəsən, indi pişiyin quyruğu qapı arasında qalıb...
Ümumiyyətlə, Ermənistandakı etiraz aksiyaları bununla bitmir. Ötən gün etirazçılar İrəvanda Xarici İşlər Nazirliyinin binasını mühasirəyə alaraq hakimiyyətin istefasını tələb edirlər. Onlar prezident Serj Sarkisyana 24 saat vaxt veriblər. Həmçinin nazir Edvard Nalbandyanı ədalətli olmağa və cəbhə xəttində vəziyyət haqqında düzgün xəbər verməyə çağırırlar. Nümayişçilərin bir qısmi BMT ofisinə tərəf gediblər.
Ermənistanda fəaliyyət göstərən ticarətçilər də etiraz aksiyasına başlayıblar. İnsanlar İrəvanda hökumət binası qarşısına toplaşaraq hakimiyyətin istefasını tələb edirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Atəşkəs olsaydı, HƏMAS bunu edəcəkdi - Fidan
- Fitsonu güllələyən yazıçı ilə bağlı iddialara cavab
- "Ağ çiçəyim" gül mağazasındakı yanğınla bağlı avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu - FOTO
- Günün qoroskopu: Süst və tənbəl olmayın
- HƏMAS-dan İsrailə Rəfahla bağlı xəbərdarlıq...
- 4 güləşçimiz finalda
- Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
- Bakıda məşhur gül mağazası yanır - FOTO
- Məhkəmədən İmran Xanla bağlı qərar
- Azərbaycanla Ermənistan arasında Qazaxın 4 kəndi ilə bağlı protokol imzalandı
- Slovakiya parlamenti təhlükəsizlik tədbirlərini gücləndirib
- "Kuruluş Osman" izləyicilərinə pis xəbər
- “Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
- Blinken Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
- "Gəlinim əziyyət çəkməyəcək, qulluğunda duracağam"
- Rusiyameyilli Fitsoya sui-qəsdi kim təşkil edib?
- Bu gün güllələnən baş nazirin maraqlı həyatı…
- Yaponların “sarı qızıl” adlandırdıqları toxum – Faydaları saymaqla bitmir
- Dinozavrlar geri qayıda bilərmi? - Elm adamları nə deyir?
- Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ
- Kişi 10 il həyat yoldaşından dəhşətli sirri gizlətdi
- Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib
- Məşhur bəstəkarın səhhəti pisləşib: "Güclə danışıram"
- Tiflisdə etiraz aksiyası genişlənir: yürüş keçirilir...