Dünya

Məhəmməd peyğəmbərin karikaturasını yayan saytlara giriş məhdudlaşdırıldı

14 Yanvar 2015 19:33
0 Şərh     Baxış: 1 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə Diyarbəkir II Sülh Cəza Məhkəməsi "Charlie Hebdo" jurnalının yeni sayının üz qapağındakı karikaturaya görə bəzi internet saytlarına girişi məhdudlaşdırmaq haqqında qərar verib.


APA-nın "Hürriyyet"ə istinadən verdiyi məlumata görə, Məhəmməd peyğəmbərin karikaturasını yayan saytların karikatura olan səhifələrinə girişin məhdudlaşdırılması tələbi ilə vəkil Ercan Ezgin çıxış edib.

Vəkilin tələbinə haqq qazandıran məhkəmə 4 saytın - birgun.net, t24.com, internethaber.com və thelira.com saytlarının karikatura olan səhifələrinə girişin məhdudlaşdırılması haqqında qərar qəbul edib.

Hər kəsin ifadə azadlığı haqqına sahib olduğunu deyən məhkəmənin hakimi Özcan Kuşatan digər insanların da haqlarının qorunmasının vacibliyini vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.