Dünya

Məşhur teleaparıcı alt paltarını başına geyindi - FOTO

10 Yanvar 2015 10:20
1 Şərh     Baxış: 10 813
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Öykü Serter yenə geyimi ilə təəccübləndirdi

Türkiyənin ən çox izlənən televiziya proqramlarından birində aparıcılıq edən Öykü Serter yenə geyimi ilə məsxərə obyekti olub.

Anspress-in məlumatına görə, Türkiyənin "Show TV" telekanalında yayımlanan "Bu tarz benim" ("Bu tərz mənim") yarışmasının aparıcısı Öykü Serter sosial şəbəkədə paylaşdığı fotoşəkillə izləyicilərini heyrətləndirib.

Məşhur teleaparıcı İnstagram hesabında başına alt paltarını keçirərək çəkdirdiyi fotoşəkli paylaşıb. Kompleksdən uzaq olan Serterin bu cəsarətli addımı yeddi mindən çox izləyici tərəfindən bəyənilib.

Teleaparıcı olmaqla yanaşı, üzgüçülük üzrə Türkiyə millisinin üzvü olan Öykü sosial şəbəkədəki çılğınlığı ilə diqqət mərkəzində olmağı bacarır.

Xatırladaq ki, o, 3 ay əvvəl aparıcılıq etdiyi proqramda sinə hissəsi alt paltarı formasında olan geyimi ilə mediada səs-küy yaratmışdı.

Aparıcının sözügedən fotoşəklini təqdim edirik:

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.