Barak Obama Rusiyaya "göz dağı" verdi: "Bizim də iPad-ımız var"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Rusiyaya Ukrayna məsələsində mövqeyini dəyişməsi üçün fasiləsiz təzyiq göstərilməsi taktikası düzgündür və nəticəsini verir"."Rusiya iqtisadiyyatı yalnız neftə əsaslanır, bizim isə həm neftimiz, həm "iPad"ımız var"
APA-nın xəbərinə görə, bu sözləri ABŞ prezidenti Barak Obama NPR radiosuna müsahibəsində deyib.
"Mən demişdim ki, biz Rusiya ilə müharibə istəmirik, lakin biz avropalı tərəfdaşlarımızla birlikdə daimi təzyiq göstərə bilərik və Rusiyanın digər dövlətin suverenliyini pozmasına qarşı yaranacaq beynəlxalq koalisiyanın baş elementi ola bilərik. Mən xəbərdarlıq etmişdim ki, Rusiyanın daha əvvəl atdığı addımların yanlışlığı ortaya çıxacaq", - deyə B. Obama söyləyib. O qeyd edib ki, bu mövqeyinə görə vaxtilə onu tənqidə məruz qoyanların bəziləri indi, yəqin ki, prezidentin haqlı olduğunu etiraf edirlər.
Dövlət başçısı bildirib ki, ABŞ Rusiyaya qarşı sanksiyaların tətbiqinə qərar verərkən dərk edirdi ki, hansısa mərhələdə neftin qiymətinin ucuzlaşması da Moskvaya əlavə təzyiq faktoru ola bilər: "Xatırlayırsınızsa, hələ neftin qiymətinin kollapsından əvvəl Rusiya iqtisadiyyatı çətinliklərlə qarşılaşmışdı, kapitalın ölkədən çıxması müşahidə edilirdi. Bizim hesablamalarımız həm də qismən ona əsaslanırdı ki, Rusiya iqtisadiyyatını ayaqda tutan yeganə şey elə neftin qiymətidir. Hesab edirdik ki, qiymətlərin düşməsi bu il olmasa belə, gələn il və ya sonrakı il mütləq baş verəcək".
B. Obamanın sözlərinə görə, Vaşinqtonda anlayırdılar ki, sanksiyalarla neftin ucuzlaşmasının üst-üstə düşməsi elə bir vəziyyət yaradacaq ki, Rusiyanın bu cür situasiyadan çıxması çox çətin olacaq: "Ukrayna tipli problemlərdə ruslara münasibətdə qəti mövqe ortaya qoymaq, eyni zamanda əmin olmaq lazımdır ki, bizim öz maliyyə sistemimiz qaydasındadır və biz öz istehsal bazamızı qurmaq üçün lazım olan hər şeyi edirik. Ona görə də, son nəticədə Rusiya üzərində böyük üstünlüyümüz ondan ibarətdir ki, bizim dinamik, həyat qabiliyyətli iqtisadiyyatımız var, onların isə yoxdur. Onlar neftə əsaslanır, biz isə həm neftə, həm "iPad"a, həm filmlərə və s.-yə əsaslanırıq".
B. Obama onu da əlavə edib ki, 3-4 ay əvvələ qədər Vaşinqtonda hər kəs əmin idi ki, prezident Putin dahidir: "Bu gün isə bilirsinizmi, mənim hiss etdiyimə görə, ən azı Rusiyadan kənarda belə düşünən insanlar ola bilər ki, Putin o qədər də ağıllı addımlar atmayıb".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
İstanbul boğazında gəmi hərəkəti dayandırıldı
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
“Növbəti hücuma cavab fərqli olacaq” - Tehran xəbərdarlıq etdi
XƏBƏR LENTİ
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır





