Dünya

"Ukraynada hərbi vəziyyət tətbiq edilə bilər"

27 Dekabr 2014 10:11
0 Şərh     Baxış: 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Sülh planı nəticə vermədiyi halda Ukraynada hərbi vəziyyət tətbiq edilə bilər".

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bunu "5-ci" kanala müsahibəsində Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bəyan edib.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Pyotr Poroşenko vəziyyəti dəqiq və dürüst qiymətləndirir və böhranın sülh yolu ilə həlli üçün səylərini əsirgəmir. "Prezident həm də Ali Baş Komandandır. Əgər o hiss etsə ki, fəal hərbi əməliyyatlara alternativ yoxdur, onda bir dəqiqə belə tərəddüd etməyəcək", - deyə A.Turçinov bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.