Dünya

Separatçılar əlavə 4 əsiri azad ediblər

27 Dekabr 2014 19:41
0 Şərh     Baxış: 565
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hökumət qüvvələrilə rusiyapərəst üsyançılar arasında cümə günü başlayan əsirlərin mübadiləsindən bir gün keçmiş separatçılar daha 4 nəfəri azad ediblər.

Milli.Az BBC-yə istinadən bildirir ki, cümə günü 146 Ukrayna hərbçisi separatçı qüvvələrinin üzvü olmaqda şübhəli bilinən 222 nəfərə dəyişdirilib.
 

Ukrayna hakimiyyəti şənbə günü azad edilmiş 4 nəfərdən 3-nün hərbçi və bir nəfərin mülki şəxs olduğunu bildirib.

Kiyev qarşı tərəfə verilən əsirlərin sayı barədə məlumatı təsdiqləməyib.

Əsirlərin mübadiləsi Donetsk şəhərindən 30 kilometr şimala doğru yerləşən ərazidə yer alıb.
 

Ukrayna prezidenti ötən gün azad olunmuş hərbçiləri şəxsən qarşılayıb. Petro Poroşenko azad olunmuşların Yeni il bayramlarını evdə keçirəcəklərindən məmnun olduğunu deyib.

Əsirlərin mübadiləsi barədə razılaşma Minskdə keçən sonuncu danışıqlar vaxtı əldə olunub.
 

Minsk razılaşması Donbas regionuna xüsusi statusun verilməsini və Ukrayna şərqində silahlardan azad - 30 kilometrlik zonanın yaradılmasını nəzərdə tutur.

Cümə günü Minsk şəhərində Ukrayna hökumətilə rusiyapərəst üsyançılar arasında başlayacaq danışıqlar təxirə salınıb.
 

Sentyabr ayında elan olunmuş atəşkəs rejiminə rəğmən tərəflər arasında 1300-dən artıq adamın ölümünə bais olan toqquşmalar halları baş verir.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.