Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsveçrənin kiçik bir qəsəbəsi haqqında ruhu dincəldən FOTOSESSİYA
4 Noyabr 2014 11:56
2 Şərh
Baxış: 3 142
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir çoxları üçün təhlükəsiz, bir çoxları üçün diktatorların kirli pullarının gizlədildiyi yer, bir çoxları üçünsə Andreas Gross kimi demokratların vətəni - İsveçrə.
Milli.Az "Azadlıq Radiosu"na istinadən bildirir ki, İsveçrədə yaşayan məşhur azərbaycanlı fotoqraf Abbas Atilay fotolarla bu ölkənin kiçik bir qəsəbəsindən danışır.

Səkkiz minə yaxın əhalisi olan Grönichen qəsəbəsi Aarqau vilayətinə aid yarıdağ, yarımeşə relyefində yerləşən kiçik qəsəbədir. "Kiçik qəsəbə" deyirik, amma imkanları və yaşayış şəraiti şəhərdən o qədər də seçilmir. Sadəcə buranın fərqliliyi təbii gözəlliyi və səssizliyidir.

Qəsəbənin əhalisi əsasən beş km aralıdakı Aarau şəhərində işləyənlər, yaşlı pensionerlər və əkinçiliklə məşğul olanlardır.

Qəsəbənin dağ ətəyində bir ev.

Çiçəkli velosiped.

Qəsəbədə gəzərkən hasarsız həyətlərdə bu cür yaradıcılıq nümunəsi görmək olar.

Qarşınıza çıxan insan mütləq sizə gülümsəyəcək və salam verəcək. Burada belə şeylər təbiidir.

Bir həyətdə olan yaradıcılıq digərinin davamı deyil, tam fərqli bir təxəyyülün məhsuludur.

Başqa bir evin önü, başqa bir yaradıcılıq nümunəsi.

Bu qəsəbədə bir "Niva" maşını da var. Bu mənim üçün çox təəccüblü idi.

Qəsəbənin ətrafında bir qarış boş ərazi tapmaq mümkün deyil, bir ovuc torpağın belə qədri bilinir, onda ya qarğıdalı əkirlər, ya da taxıl.

Qəsəbənin bir az dağlıq hissəsi maldarlıq üçün münbit yerdir. Sakinlər də bunu bildiyindən istifadə edirlər. Yağıntı çox düşdüyündən qısa zamanda ot dizə qalxır, mal-qara, qoyun-quzu, lama da doyunca yeyir, yemədikləri isə preslənib qışa saxlanılır.

Heyvanların otlaq ərazisi böyük olsa da çoban və ya nəzarətçi gözə dəymir. Burada otlaqların kənarı zəif elektrik cərəyanı verilmiş simlərlə hasarlanıb. Otlaqdan azıb çıxan heyvan cərəyanlı simə toxunaraq elədiyi işdən peşman olub geri qayıdır.

Dağ ətəyindən baxdıqda qəsəbənin əkin sahəsi.

Ümumiyyətlə bu ölkədə təbiətin qorunmasına hər kəs cəhd edir. Hətta evlərin bacasında qurğular quraşdırılır ki, tüstü təmizlənsin, təbiətə daha az ziyan dəysin.

Qəsəbənin ən ucqar yerində, dağın başında belə əgər yaşayış evi varsa, oranın yolu mütləq asfaltdır, bunu biləsiniz. Burada asfalt örtüyü sadəcə böyük şəhərlərin böyük küçələrində deyil, insan yaşayan dağ başına da çəkilir.

Əkin sahələrini ayıran maşın yolu.

Qəsəbədə bir böyük kilsə də var, tam mərkəzdə. Bu kilsə qəsəbənin simvoludur, haradan baxırsan, dim-dik adama əl edir. Sözün düzü, mən bu kilsəyə gedib-gələn görməmişəm, amma əzəmətli binadır. Tikilmə tarixini bilməsəm də, bir şey var ki, buralarda 4-5 əsrdən gənc kilsə yoxdur. Bu kilsə binasının verdiyi ən böyük faydalardan biri qülləsindəki saat və hər saat başında çalan zəngidir.

Qəsəbənin məzarlığı. Sözün əsl mənasında xoş auralı bir yer. Məzarlar o qədər gözəl düzülüb ki, bir anlıq adam bu yerin mahiyyətini unudur. Məzarlıq deyil, sanki şah sarayının bağçasıdır.

İsveçrə Avropanın göbəyi hesab olunur. Şimalında Almaniya, Qərbində Fransa, Şərqdən Avstriya və cırtdan Lixtenşteyn, cənubunda isə İtaliya dayanır. Əgər bu ölkədə bir anlıq açıq səmaya baxsanız, göydə ən azı 10 təyyarənin iz buraxa-buraxa fərqli istiqamətə getdiyini görəcəksiniz. Çünki qonşuluğundakı bütün nəhəng ölkələrə hava nəqliyyatı bu ölkənin hava zonasından keçir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye