Dünya

Etirazçı tələbələrlə polislər arasında toqquşmalar baş verib

19 Oktyabr 2014 15:47
0 Şərh     Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Etirazçılar partizan taktikasından istifadə edirlər
Çinin Honq Konq yarımmuxtar regionunda etirazçı tələbələrlə polislər arasında bu səhər də toqquşmalar baş verib. Milli.Az anspress-ə istinadən xəbər verir ki, iğtişaşlar Honq Konqun mərkəzi Monq Kok rayonunda qeydə alınıb. Həmin rayonda artıq 2-ci gündür qarşıdurmalar davam edir. Bəzi etirazçılar polisin qurduğu barrikadaları dağıtmağa cəhd edib. Bu isə polisin əraziyə əlavə qüvvələr cəlb etməsinə səbəb olub.

Siyasi analitiklər Honq Konq etirazçılarının "partizan döyüş taktikası" adlanan taktikadan istifadə etdiklərini hesab edirlər. Onların sözlərinə görə, səhər saatlarında etirazçılar tutduqları rayondan uzaqlaşdırılsalar da, axşam saatlarında artıq yeni əraziləri tuturlar.

Honq Konq hökuməti ilə etirazçı tələbələrin liderləri arasında danışıqların isə gələn həftənin çərşənbə axşamı keçiriləcəyi gözlənilir.

Honq Konq başçısının Pekin tərəfindən deyil, yerli əhali tərəfindən seçilməsi tələbi ilə aksiyalar sentyabrın 26-dan bəri davam edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.