Dünya

Xamneyi: "ABŞ və Britaniyanın "İslam Dövləti"nin yaradılmasında əli var"

13 Oktyabr 2014 20:11
0 Şərh     Baxış: 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İranın ali dini lideri Ayətullah Əli Xamneyi bəyan edib ki, ABŞ və Böyük Britaniya radikal "İslam Dövləti" qruplaşmasının yaradılmasında iştirak ediblər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Ə.Xamneyi, həmçinin hər iki dövləti "əl-Qaidə"ni yaratmaqda ittiham edib: "Onların bu təşkilatları yaratmaqda məqsədləri şiə və sünnilər arasında ixtilaf salmaq və İranla mübarizə aparmaqdır, lakin indi onlar özləri "İslam Dövləti" ilə mübarizəyə kökləniblər".

Bununla belə, o, qeyd edib ki, ABŞ və müttəfiqlərinin "İslam Dövləti"nin silahlıları ilə mübarizə üzrə səyləri terrorçuluğun kökünü kəsmək əvəzinə, müsəlmanlar arasında ixtilafa gətirib çıxaracaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.