Dünya

İqtisadiyyat üzrə Nobel mükafatı sahibini tapdı

13 Oktyabr 2014 16:49
0 Şərh     Baxış: 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İsveç Dövlət Bankının Alfred Nobelin xatirəsinə təsis etdiyi iqtisadiyyat üzrə mükafat "bazar hakimiyyəti" və ona nəzarət üzrə təhlillərinə görə fransız iqtisadçı Jan Tirolyuya təqdim edilib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə İsveç Kral Elmlər Akademiyası xəbər yayıb.

Nobel mükafatı qaliblərinin mükafatlandırılma mərasimi ənənəvi olaraq mükafatın təsisçisi, İsveç ixtiraçısı və sənayeçisi Alfred Nobelin (1833-1896) vəfatı günü - dekabrın 10-da Stokholmda və Osloda keçirilir. Nobelin vəsiyyət etdiyi beş mükafatdan yeganə olaraq Sülh mükafatı təsisçinin arzusu ilə Osloda təqdim edilir. Fiziologiya və tibb, fizika, kimya və ədəbiyyat sahəsindəki digər mükafatlar isə Stokholmda təqdim edilir.

2014-cü ildə hər bir Nobel mükafatının məbləği səkkiz milyon İsveç kronu (bir milyon ABŞ dolları) təşkil edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.