Dünya

Almaniyadan İŞİD çağırışı - VİDEO

13 Oktyabr 2014 12:15
Baxış: 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sonda İŞİD-in hədəfi müqəddəs torpaqlar olacaq"

"Biz Avropa Birliyinin ən qüdrətli dövlətlərindən birinin - Almaniyanın xarici işlər naziri Valter Ştaynmayerlə İŞİD məsələsindən danışdıq. Aldığımız cavablar şəxsən mənə arxası boş göründü".

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Almaniya xarici işlər naziri Valter Ştaynmayer deyib:

"Dünyanı tam şoka salmaq üçün orta əsr vəhşiliyi ən müasir silahlarla, internet, sosial şəbəkələrlə birləşib. Və bu təşviş bizi sümüklərimizə qədər bürüyüb... Bu münaqişə təkcə Suriya və İraqın münaqişəsi deyil. Bu vəhşilik bizim hər birimizə, insanlığa qarşı yönəlib. Bu səbəblərə görə təkcə humanitar-hərbi yardım kifayət etmir. Hərbi müdaxiləyə ehtiyac var və Almaniya bu istiqamətdə əlindən gələni edir. Ancaq məsələ ondadır ki, İŞİD terroruna qarşı siyasi ittifaq şəklində birgə siyasi strategiya ilə savaşmaq lazımdır. Humanitar yardım, əlbəttə ki, bizim üçün prioritet məsələ olmalıdır. İraqın şimalında münaqişə başlanan vaxtdan İrbilə yardım göndərmişik və qışın gəlişi ilə bu istiqamətdə səylərimizi daha da artıracağıq.

İkinci məsələ hərbi aspektlərdir. Başa düşməliyik ki, Suriya və İraqda yaşanan münaqişəni bir-birindən fərqləndirmək lazımdır. Suriyada geniş miqyaslı müharibə şəraiti müşahidə edirik, haradakı müxalif qruplar, döyüşçü qrupların başçıları çox vaxt əhalinin sıx yaşadığı ərazilərdə fəaliyyət göstərir. Ona görə belə olan şəraitdə, dinc sakinlər arasında itkilər baxımından, aviazərbələr endirmək olduqca müşkül məsələdir. İraqda isə fərqli vəziyyətdir. Çünki İraqda cəbhə və əks qüvvələr nisbətən daha aydın seçilir. Yəni kürd döyüşçülərlə İŞİD ekstrimistlərinin yerlərini ayırmaq olur.

3-cü məsələ siyasi strategiyadır. İraqda prioritet məsələ baş nazir Əl Abadiyə etnik-dini ayrıseçkiliyin yer almadığı hökumətin qurulmasına kömək etməkdir, hökumət elə qurulmalıdır ki, sünnilər İŞİD-ə meyl salmasın. Suriyada, mənim fikrimcə, vəziyyət daha da qəlizdir. Münaqişənin siyasi yolla çözümü çox müşküldür. İŞİD təhlükəsi təkcə İraq-Suriya sərhədlərində bitmir. Xilafət ideologiyası hər şeyi ehtiva edir, sonda onların hədəfi Səudiyə Ərəbistanındakı müqəddəs torpaqlar olacaq. Ona görə də ümid edirəm ki, bütün müsəlman cəmiyyətləri İŞİD-in əxlaqi və dini təbliğatından xilas olmaq üçün birləşəcək".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.