Dünya

Ebolaya qarşı vaksin tapıldı

13 Oktyabr 2014 09:36
0 Şərh     Baxış: 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu barədə Rusiyanın səhiyyə naziri Veronika Skvortsova açıqlama verib

Anspress yazır ki, Rusiya Qərbi Afrikada geniş yayılan ölümcül Ebola virusuna qarşı vaksin tapıb. Bu barədə Rusiyanın səhiyyə naziri Veronika Skvortsova açıqlama verib. Nazir Rossiya-1 telekanalına müsahibəsində qeyd edib ki, rusiyalı tibb ekspertləri artıq xəstəliyin müalicəsi və yoluxmanın qarşısını almaq üçün vaksindən dərman hazırlamaq mərhələsindədirlər.

"İndi biz 3 növ vaksinin üzərində çalışırıq. Onlardan biri artıq kliniki sınaqdan keçib. Passivləşdirilmiş vaksin birbaşa virusun ştammından hazırlanıb. Digər iki vaksin də genetik olaraq modifikasiya olunub. Bu vaksinlər bizim virusologiya institutumuz tərəfindən hazırlanır", - deyə nazir qeyd edib. Nazir onu da əlavə edib ki, sözügedən vaksinlər 6 ay müddətində təqdim olunacaq.

Virus, əsasən, Liberiya, Qvineya, Sierra-Leone və Nigeriyada geniş yayılıb. İndiyə qədər 6 mindən çox insan epidemiyaya yoluxub ki, onların 4000-dən çoxu ölüb. Ölüm halları, eyni zamanda, Konqo Demokratik Respublikası, Seneqal, İspaniya və Amerika Birləşmiş Ştatlarında da qeydə alınıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.