Dünya

Abdullah Gül vəsiyyətini açıqladı

25 Sentyabr 2014 17:48
0 Şərh     Baxış: 1 101
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyənin sabiq Prezidenti Abdullah Gül vəsiyyətini açıqlayaraq ölkənin Kayseri şəhərində dəfn edilməsini istəyib.

Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Kayseri bələdiyyəsinin başçısı Mehmet Özhaseki bildirib.

M.Özhaseki deyib ki, Kayseri A.Gülün ata yurdu olduğu üçün o, burada dəfn edilməsini istəyib.

Bələdiyyə başçısı onu da qeyd edib ki, sabiq Prezidentin vəsiyyətindən sonra bələdiyyənin qərarı ilə şəhərdə dövlət qəbiristanlığı salınacaq.

Türkiyənin 11-ci Prezidenti A.Gülün səlahiyyəti bu il avqustun 28-də başa çatıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.