Dünya

"Hörümçək adam"ı buna məcbur etdilər - VİDEO

25 Sentyabr 2014 15:14
0 Şərh     Baxış: 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yekaterinburq hakimiyyəti Alen Roberi sığortalanmağa məcbur edib

"Hörümçək adam" təxəllüslü 52 yaşlı fransalı alpinist Alen Rober Yekaterinburqdakı "Vısotski" biznes mərkəzinə dırmaşıb.

Anspress-in məlumatına görə, şəhər administrasiyası icazə vermədiyi üçün o, ilk dəfə olaraq sığorta olunaraq binaya dırmaşıb. Buna qədər o, prinsipial olaraq heç vaxt sığortadan istifadə etməyib.

İTAR-TASS biznes mərkəzinə dırmanan Roberin tamaşasına şəhər sakinlərinin yığışdığını yazıb. Sakinlərdən biri təəssüratlarını belə bölüşüb: "Adama elə gəlir ki, binanın şüşə divarı ilə həqiqətən də, hörümçək adam sürüşür".

İşi bitəndən sonra Rober jurnalistlərə müsahibə verib. "Ümumilikdə, qalxma yaxşı keçdi. Bir az isti idi, fiziki gərginlikdən belim ağrıyır".

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.