Dünya

Radio aparıcısını maşınında öldürdülər - FOTO

25 Sentyabr 2014 14:55
1 Şərh     Baxış: 1 218
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hadisə aparıcının işıqforun qırmızı işığında dayandığı zaman baş verib

Ötən gün Türkiyənin Kayseri şəhərində radio aparıcısı və baş rejissoru küçədə qətlə yetirilib.

Anspress-in məlumatına görə, "Kolej FM" radiosunun əməkdaşı Mehmet Aslankaya avtomobilində güllələnib.

Belə ki, 38 HU 523 nömrə nişanlı avtomobilini idarə edən Mehmet Aslankaya işıqforun qırmızı işığında saxlayıb. Bu zaman yan tərəfdə qara rəngli avtomobil dayanıb. Avtomobilin içərisində olan naməlum şəxs ov tüfəngi ilə Mehmet Aslankayaya atəş açıb.

Ağır yaralanan Mehmet xəstəxanaya aparılsa da, çoxlu qan itirdiyi üçün onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda baş verən qətl araşdırılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.