Dünya

PKK Türkiyə ilə atəşkəsi pozacaq?

25 Sentyabr 2014 10:53
1 Şərh     Baxış: 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kürdüstan fəhlə Partiyası" Türkiyə ilə barışığın davam etməsini şübhəli sayır

PKK (Kürdüstan fəhlə Partiyası) keçən bazar Türkiyə xüsusi təyinatlılarının Suriyaya keçmək istəyən bir qrup kürdün qarşısını alması ilə əlaqədar olaraq, 2013-cü ildə Türkiyə hakimiyyəti ilə atəşkəs danışığını davam etməyi şübhəli sayır.

Anspress-in məlumatına görə, "Kürdüstan fəhlə Partiyası"nın qolu sayılan kürd icmaları birliyi yaydığı bəyanatda bildirib ki, Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf partiyasının fəaliyyəti "münaqişənin olmaması" vəziyyətinin sonundan xəbər verir.

Birliyin müraciətində qeyd edilir ki, təşkilatın idarə heyəti "kürd xalqına qarşı yürüdülən etibarsız siyasətə qarşı addımlar atacaq". Ekspertlərin fikrincə, bu, kürdlərlə Ankara arasında münasibətlərin pisləşməsindən xəbər verir.

Qeyd edək ki, keçən bazar Türkiyə xüsusi xidmət orqanları əməkdaşları Suriyaya keçmək istəyən kürd yaraqlılarının dağıdılması məqsədilə gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edib. Kürdlər polisə daş atmaqla buna cavab veriblər. Yerli NTV kanalının xəbərinə görə kürdlər Suriya ərazisinə humanitar yardım aparmaq niyyətində olublar.

Daha əvvəl xəbər verilmişdi ki, 300 kürd yaraqlısı strateji vacib olan sərhədyanı Ayn-əl-Ərəb (Kobani-kürdcə) şəhəri yaxınlığında İŞİD ekstremistlərinə qarşı vuruşmaq üçün Suriyaya daxil olub. Onlar İŞİD-lə silahlı qarşıdurmada birbaşa iştirak edən "Kürd ali komitəsi"nin bölmələrinə qoşulublar.

Xatırladaq ki, 1984-cü ildən davam edən, Türkiyədə fəaliyyəti qadağan edilən "Kürdüstan fəhlə Partiyası" arasında silahlı münaqişə yalnız 2013-cü ildə əldə olunan atəşkəs nəticəsində kəsilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.