Dünya

Azyaşlı qızı öpən kişini döydülər

25 Sentyabr 2014 09:24
0 Şərh     Baxış: 1 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

71 yaşlı kişinin 8 yaşlı qızı öpməsi ətrafdakıları qəzəbləndirib

Türkiyənin Adana şəhərində yaşlı bir kişinin azyaşlı qıza qarşı xoşagəlməz hərəkətlər etdiyi məlum olub.

Anspress-in məlumatına görə, Adanada 71 yaşlı kişi 3-cü sinif şagirdi olan 8 yaşlı bir qıza qarşı seksual hərəkətlər etdiyi iddiası ilə döyülüb.

Hadisə Adananın Dumlupınar məhəlləsində baş verib. Azyaşlı qız məktəbdən evə qayıldarkən, eyni məhlədə yaşadığı yaşlı kişi ilə qarşılaşıb. Kişi onu oxşayıb və daha sonra qucağına almaq istəyib. Onun bu hərəkətlərini görən ətrafdakılar kişinin qızı zorladığını düşünərək onu döyməyə başlayıblar. Hadisə yerinə gələn polislər kişini onların əlindən çətinliklə də olsa almağı bacarıblar.

Polis tərəfindən saxlanılan kişi isə izahatında pis niyyətinin olmadığını, sadəcə qızı əzizləyib-oxşadığını qeyd edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.