Dünya

Kerri və Lavrov görüşdülər

25 Sentyabr 2014 13:20
0 Şərh     Baxış: 530
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Görüşdə Kerri və Lavrov Ukraynakı vəziyyəti müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri Nyu-Yorkda BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində danışıqlar aparıblar.

Anspress-in məlumatına görə, çərşənbə günü baş tutan ikitərəfli görüşdə Ukraynadakı vəziyyət, Minskdə separatçılarla Kiyev arasında əldə olunan razılaşmanın bütün yönləri ilə tam şəkildə və qısa bir müddət ərzində yerinə yetirilməsinin vacibliyi müzakirə edilib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerrinin fikrincə, Minsk atəşkəs razılaşmasının 12 maddəsinin də yerinə yetiriləcəyi halda bölgədə sülh və əmin-amanlıq əldə edilə bilər.

Bundan başqa, tərəflər bütün dünyanın danışdığı İŞİD terror qruplaşmasına qarşı mübarizə üsulunu və İranla "altılıq" ölkələri arasında danışıqları müzakirə ediblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.