Dünya

İlk dəfə: İŞİD-in "ürəyi"ndən kadrlar - VİDEO - FOTO

25 Sentyabr 2014 09:36
3 Şərh     Baxış: 3 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Geri dönmək niyyətində deyiləm. Burada hər şey yaxşıdır. Haqqımızda televizorda göstərilənlərə, qəzetlərdə və saytlarda yazılanlara inanmayın. Yalan danışırlar, sizi qorxudurlar. Qayıtmaq fikrim yoxdur".

Niqabda olan qadın internet-kafedə fransızca danışır. O, Fransadakı valideynləri ilə Skype vasitəsilə əlaqə qurub.

Suriyanın Rəqqa şəhərində belə qadınların sayı yüzlərlədir. Onlar dünyanın müxtəlif yerlərindən Suriyaya gələrək "İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının tərkibində vuruşan ərlərinin yanına yollanıblar.
 

Milli.Az European-a istinadən bildirir ki, Rəqqada yaşayan qadınlardan biri smartfonu vasitəsilə gizli çəkilişlər aparıb.

Videoda Rəqqa küçələrindəki kişilərin az qala hamısının silahlı olduğu görünür. Onların hamısında "Kalaşnikov" avtomatları var.

Kadrlardan birində isə çiynində avtomat, başında niqab olan qadın uşağını parka əylənməyə aparır.

Bir qədər sonra isə çəkiliş aparan qadına İŞİD-in avtomobili yaxınlaşır.
 

Avtomobildəki saqqallılar qadını çağırırlar: "Yaxına gəl! Bacı, sən qaydaları pozursan! Üzün bir qədər açılıb. Üzünü bağla".

Qadın da üzr istəyir, qaydanı pozduğunu anlayır və yanlışlığın bir daha təkrarlanmayacağını söyləyir.

Çəkiliş aparan qadın Fransanı tərk edərək Rəqqaya gəldiyini deyir.
 

O, şəhərdəki internet-kafelərdən birinə gedir.

Kafenin sahibəsi, oradakı xanımlar - hər kəs fransız dilində asudə danışır.
 

Video müəllifinin dediyinə görə, bu qadınlar Fransadan Suriyaya yollanaraq İŞİD tərkibində vuruşan ərlərinə qatılıblar.

İŞİD paytaxtı, terrorçuların "ürəyimiz" adlandırdıqları Rəqqanın indiki durumundan bəhs edən kadrlar ilk dəfədir ki, yayılır.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.




Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.