Dünya

Baş nazir: "Rusiya qışda Avropa ölkələrinə qaz ixracını dayandıracaq"

27 Avqust 2014 16:31
0 Şərh     Baxış: 627
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ukrayna hökuməti Rusiyanın planlarından xəbərdardır"

APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Ukrayna baş naziri Arseniy Yatsenyuk deyib.

Hökumətin iclasında çıxış edən A.Yatsenyuk qeyd edib ki, qış aylarında Rusiya Avropaya qaz ixracını dayandırmağı planlaşdırır.

"Ukraynanın enerji sektorunda durum çətindir. Biz Rusiyanın Avropa Birliyi ölkələrinə qış aylarında qaz ixracını dayandırmaq haqda planlarından xəbərdarıq", - deyə o vurğulayıb.

Qeyd edək ki, hələlik Rusiya Energetika Nazirliyi və "Qazprom" şirkəti məsələ ilə bağlı şərh verməyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.