Dünya

İŞİD-in 2 milyard dollarlıq ordusu - VİDEO

27 Avqust 2014 14:59
0 Şərh     Baxış: 2 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraq və Suriya ərazilərinin bir qismini ələ keçirmiş "İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması indi dünyanın ən varlı terror təşkilatına çevrilib.

İŞİD eyni zamanda hərbi texnika və silah baxımından da rəqib tanımır.
 

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, ötən bazar günü Suriyada ölkə silahlı qüvvələrinin Tabka hərbi bazasını ələ keçiriən İŞİD artıq qırıcı təyyarələr və reaktiv artilleriya qurğularına da yiyələnib.
 

İŞİD-in hazırda MiQ-21B qırıcı təyyarələri olsa da, terrorçular bu təyyarələri havaya qaldıra biləcək pilotlara malik deyillər.

Amma ekspertlərin fikrincə, pilot məsələsi İŞİD üçün həlli uzanacaq problem təsiri bağışlamır.
 

İŞİD-in indi "İqla" raket qurğusu, "hava-hava" tipli "AIM-9 Sidewinder" raketatarları, 30 T-55 və 10 T-72 tankı, onlarla "Humvee" zirehli maşınları, 6 UH-60 helikopteri və 2 nəqliyyat təyyarəsi, M-79 Osa tank əleyhinə raket qurğuları, HJ-8 və AT-4 tipli təyyarə əleyhinə raket qurğuları, BM-21 Qrad artilleriya sistemləri, "Skad" raketləri və kimyəvi silahları var.
 

Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.