Dünya

ABŞ-da uşaq bağçasında şok olay

27 Avqust 2014 13:36
0 Şərh     Baxış: 967
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Amerikanın Pensilvaniya ştatının Alikuippa şəhərində azyaşlı uşaq bağçasına özü ilə çantasında 22 kalibrli doldurulmuş tapança gətirib.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü RİA Novosti "CBS Pittsburg"a istinadən xəbər yayıb.

Uşaq bağçasının müdiri Devid Vıtiyazın bildirdiyinə görə, məktəb yaşına çatmamış uşaqlardan biri tapıntı barədə müəllimə deyib. Bundan sonra müəllim içərisində tapança olan çantanı uşaqdan götürüb və direktorla əlaqə saxlayıb.

Vıtiyaz bəyan edib: "Pistolet götürülüb, bu zaman heç bir uşaq silahı görməyib".

Uşağın sözlərinə görə, o, əzizlərindən kimsənin xəsarət almasını istəmədiyi üçün uşaq bağçasına tapança gətirib. Tərbiyəçilər hesab edirlər ki, uşağın pis niyyəti olmayıb.

Polis uşağın valideynlərinə hadisə ilə bağlı məlumat verib. Hazırda hadisə araşdırılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.