Dünya

Erməni quyruğu kəsən

27 Avqust 2014 12:09
0 Şərh     Baxış: 1 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxud Qazaxıstan lideri rəsmi Moskvanı necə cilovladı

"Siyasi yox, iqtisadi ittifaqın yaradılması daha doğrudur. Rusiya, Qazaxıstan və Belarus prezidentləri bir araya gələndə, əgər bir nəfər əksinə olursa, heç bir qərar qəbul edilmir. Bizim hüquqlar bərabərdir, əgər biz nəy iləsə razı olmarıqsa, Qazaxıstanın Avrasiya İttifaqından çıxmaq hüququ həmişə var", - deyə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qazaxıstan televiziyasına müsahibəsində bildirib.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, ekspertlər və politoloqlar hesab edirlər ki, bu cür bəyanat birbaşa Rusiyanın Ermənistanı Gömrük İttifaqına işğal olunmuş Azərbaycan əraziləri ilə birlikdə daşımaq cəhdi ilə bağlıdır. Yalnız Astananın prinsipial mövqeyi Dağlıq Qarabağı bu təşkilata daxil etməyə imkan verməyib.

Dolayısı yolla bunu bu günlərdə Serj Sarkisyan da bildirib ki, Gömrük İttifaqının üzvlərinin heç də hamısı Ermənistanın bu təşkilata girməsinə şad deyillər. "Biz problemləri olan balaca ölkəyik, bu da Gömrük İttifaqının digər üzvləri üçün müəyyən çətinliklər yaradır". Təbii ki, problem dedikdə o, hər şeydən öncə, işğal etdikləri Azərbaycana məxsus Dağlıq Qarabağı və onun ətrafında olan Azərbaycan rayonlarını nəzərdə tutur.

Nursultan Nazarbayev həmçinin qeyd edib ki, Qazaxıstanın əsas sərvəti müstəqillikdir. Bununla yanaşı, o, ölkəsinin Gömrük İttifaqına girdikdən sonra əldə edəcəyi iqtisadi yararlardan bəhs edib. Həm də əlavə edib ki, Qazaxıstanın Avrasiya İttifaqına girməsi ölkə üçün çox əlverişlidir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.