Dünya

Bu ölkədə insanların nəsli tükənəcək

27 Avqust 2014 13:18
0 Şərh     Baxış: 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyanın paytaxtı Seuldakı Milli Assambleya Tədqiqat Mərkəzi (National Assembly Research Service, NARS) apardığı son tədqiqatın nəticələrini açıqlayıb.
 

Koreyalı alimlərin hesabatında bildirilir ki, Cənubi Koreya sakinlərinin nəsli 2750-ci ildə tamamilə tükənəcək.
 

Milli.Az Chosun İlbo-ya istinadən bildirir ki, ölkənin demoqrafik situasiyasındakı ağır vəziyyət düzəlməzsə, Cənubi Koreya yox olacaq. Ötən il Cənubi Koreyada reproduktiv yaşda olan hər qadına düşən doğuşların statistik sayı 1,19 olub.
 

Hazırda 50 milyon sakinə malik Cənubi Koreyanın əhalisinin sayı 2056-cı ildə 40 milyon, 2136-cı ildə 10 milyona düşəcək.
 

Bu minvalla Cənubi Koreyadakı koreyalılar dünyada nəsli kəsiləcək ilk millət olacaq.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.