Dünya

ABŞ-da təyyarə qəzası: 4 ölü - FOTO

27 Avqust 2014 10:19
0 Şərh     Baxış: 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəzanın hansı səbəbdən baş verdiyi barədə hazırda yoxlama aparılır

ABŞ-ın Ohayo ştatında yüngül motorlu təyyarənin qəzaya düşməsi səbəbindən dörd nəfər həlak olub.

Anspress-in məlumatına görə, bu haqda yerli WKYC TV xəbər yayıb.

Təyyarə səhər saat 10 radələrində Klivlend aeroportundan uçub. Bir müddətdən sonra o, şəhər ətrafından 15 mil aralı naməlum səbəbdən qəzaya uğrayaraq yol yaxınlığına düşüb və yanmağa başlayıb.

Qəza briqadaları fövqəladə hadisənin baş verdiyi ərazini tam bağlayıb. Həlak olanların adları hələlik naməlumdur. Qəzanın hansı səbəbdən baş verdiyi barədə hazırda yoxlama aparılır.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.