Dünya

Sərnişin avtobusuna silahlı hücum

27 Avqust 2014 10:10
0 Şərh     Baxış: 1 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyənin Şanlıurfa vilayətində avtomobil ilə önü kəsilərək dayandırılmış sərnişin avtobusuna tapançayla atəş açılıb.

Anspress-in məlumatına görə, hücumda güllələnən 38 yaşlı mikroavtobus sürücüsü Emin Küçükər ölüb, sərnişinlər böyük qorxu və həyəcan yaşayıblar.

Hadisə günortadan sonra Şanlıurfa - Qaziantep magistralının 37-ci kilometriliyində baş verib. Şanlıurfa ilə Qaziantep arasında sərnişin daşıyan Emin Küçükərin istifadə etdiyi mikroavtobusun önü Kocaali Məhəlləsi yaxınlığında, nömrəsi bilməyən avtomobil tərəfindən kəsilib. Hadisə şahidlərinin dediklərinə görə, avtomobildən enən cinayətkarlardan biri tapançayla sürücünün olduğu tərəfə atəş etməyə başlayır. Qatilin dalbadal istiqamətli atəşindən 4 uşaq atası Emin Küçükər hadisə yerində həyatını itirir. İnsidenti törədənlər avtomobilə minib hadisə yerindən uzaqlaşıblar.

Təcavüzkarlar qaçdıqdan sonra sərnişinlərin polisi çağırması ilə hadisə yerinə çoxlu jandarma qrupu cəlb edilib. Jandarma qrupları şok keçirən sərnişinlərin verdiyi ifadələrə əsasən qaçan şübhəlilərin tutulması üçün iş başladıb. Jandarma hadisə yerini incələdikdən sonra sürücünün meyiti məhkəmə tibbi ekspertizasına təhvil verilib. Hücum izlərinin olduğu mikroavtobus isə ətraflı araşdırma üçün Jandarma Komandanlığına aparılıb.

Həyatını itirən sürücünün yaxınlarının dediklərinə əsaslanaraq, polis Küçükərin qan davasının qurbanı olduğunu iddia edir. Jandarma qrupları hazırda verilən məlumatlara əsasən, Emin Küçükərin düşmənlərini araşdırır. Cinayətlə əlaqədar istintaq davam edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.