Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Anspress-in məlumatına görə, ABŞ isə türk polad istehsalçılarına vergini artırır. Bu o deməkdir ki, ölkələr arasındakı ticarət sanksiyaları türk şirkətlərinə də əks olunur.
Ukraynadakı üsyançıları dəstəklədiyi üçün sanksiyalarla üzləşdikdən sonra ABŞ və AB-dən məhsul almağı dayandıran Rusiya Türkiyə şirkətlərinə icazə verərkən, ABŞ isə türk polad istehsalçılarına vergini artırır. Rusiya baytarlıq və Bitki Sağlamlığı Müşahidə Təşkilatı "Rosselxoznadzor" Türkiyənin "Pınar Süd", "Unilever Sənaye və Ticarət" şirkəti ilə "Aynes Gıda"ya 22 avqustdan etibarən Rusiyaya süd məhsulları ixracatı etmək icazəsi verib. Qərarın ardından "Pınar" hissələri yüzdə 16 artıb.
Qeyd edək ki, Rusiya, Ukraynadakı üsyançıları dəstəklədiyi üçün sanksiyalarla üzləşdikdən sonra ABŞ, AB, Kanada və Avstraliyadan etdiyi təxminən 9 milyard dollarlıq qida idxalında ciddi məhdudiyyətlər gətirmişdi. Bundan sonra Türkiyənin Qida-Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Mehdi Ekər Rusiyanın Türkiyədən ət, süd, süd məhsulları, yumurta kimi bəzi ev heyvanlarının məhsulları tələbində olduğunu bildirir. Rusiyanın 2013-ci ildəki ümumi qida idxalında Türkiyə 1.68 milyard dollar ilə beşinci sırada yer alır. Rusiya bazarında bu inkişaflar yaşanarkən Moskvanın məhsul almağı dayandırdığı ABŞ-dan türk polad istehsalçılarına pis xəbər gəlir. Amerikalı polad istehsalçıları Türkiyə və beş ölkəyə qarşı anti-dempinq iddiasını qazanıblar.
ABŞ Beynəlxalq Ticarət Komissiyasının qərarına görə, Türkiyə, Hindistan, Cənubi Koreya, Tayvan, Ukrayna və Vyetnamdan idxal edilən polad məhsullarına gömrük vergisi tətbiq olunacaq. Komissiyanın qərarından sonra ticarət nazirliyi polad boru məhsullarında gömrük vergisini maksimum 18%-dək artırma səlahiyyətini istifadə edə biləcək. Qərar birbaşa türk istehsalçıların bu ölkəyə reallaşdırdığı təxminən 270 milyon dollarlıq ixracatın böyük hissəsinə ziyan vuracaq.
ABŞ bazarının Türkiyə polad boru ixracatında 18% paya sahib olduğunu ifadə edən Türkiyə Çelik İstehsalçıları Dərnəyi baş katibi Veysel Yayan "Türk firmalarının ABŞ-a 300 min ton qarşılığında təxminən 270 milyon dollarlıq ixracatı var. Bu qərarın ardından Türkiyə firmaları üçün bu ölkəyə ixrac etmək çox çətinləşəcək. Ancaq bu zərərin hesablanan dəyərindən çox, qərarın bənzər olaraq alınma ehtimalı çox narahatedicidir", - deyə bildirib. Polad İxracatçılar Birliyi başçısı Namıq Əkinci isə qərar qarşısında ABŞ Beynəlxalq Ticarət Məhkəməsinə lazımi etirazların ediləcəyini, ancaq açılacaq iddianın 1-2 il davam edə biləcəyini bildirir. Əkinci qərarın əsassız olduğunu qeyd edir.
Milli.Az
ABŞ və Rusiyanın Türkiyə mübarizəsi
26 Avqust 2014 12:23
0 Şərh
Baxış: 1 974
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sanksiyalarla üzləşdikdən sonra ABŞ və AB-dən məhsul almağı dayandıran Rusiya, Türkiyə şirkətlərinə icazə verdi.Türklər ABŞ-da itirdilər, Rusiyada qazandılar
Anspress-in məlumatına görə, ABŞ isə türk polad istehsalçılarına vergini artırır. Bu o deməkdir ki, ölkələr arasındakı ticarət sanksiyaları türk şirkətlərinə də əks olunur.
Ukraynadakı üsyançıları dəstəklədiyi üçün sanksiyalarla üzləşdikdən sonra ABŞ və AB-dən məhsul almağı dayandıran Rusiya Türkiyə şirkətlərinə icazə verərkən, ABŞ isə türk polad istehsalçılarına vergini artırır. Rusiya baytarlıq və Bitki Sağlamlığı Müşahidə Təşkilatı "Rosselxoznadzor" Türkiyənin "Pınar Süd", "Unilever Sənaye və Ticarət" şirkəti ilə "Aynes Gıda"ya 22 avqustdan etibarən Rusiyaya süd məhsulları ixracatı etmək icazəsi verib. Qərarın ardından "Pınar" hissələri yüzdə 16 artıb.
Qeyd edək ki, Rusiya, Ukraynadakı üsyançıları dəstəklədiyi üçün sanksiyalarla üzləşdikdən sonra ABŞ, AB, Kanada və Avstraliyadan etdiyi təxminən 9 milyard dollarlıq qida idxalında ciddi məhdudiyyətlər gətirmişdi. Bundan sonra Türkiyənin Qida-Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Mehdi Ekər Rusiyanın Türkiyədən ət, süd, süd məhsulları, yumurta kimi bəzi ev heyvanlarının məhsulları tələbində olduğunu bildirir. Rusiyanın 2013-ci ildəki ümumi qida idxalında Türkiyə 1.68 milyard dollar ilə beşinci sırada yer alır. Rusiya bazarında bu inkişaflar yaşanarkən Moskvanın məhsul almağı dayandırdığı ABŞ-dan türk polad istehsalçılarına pis xəbər gəlir. Amerikalı polad istehsalçıları Türkiyə və beş ölkəyə qarşı anti-dempinq iddiasını qazanıblar.
ABŞ Beynəlxalq Ticarət Komissiyasının qərarına görə, Türkiyə, Hindistan, Cənubi Koreya, Tayvan, Ukrayna və Vyetnamdan idxal edilən polad məhsullarına gömrük vergisi tətbiq olunacaq. Komissiyanın qərarından sonra ticarət nazirliyi polad boru məhsullarında gömrük vergisini maksimum 18%-dək artırma səlahiyyətini istifadə edə biləcək. Qərar birbaşa türk istehsalçıların bu ölkəyə reallaşdırdığı təxminən 270 milyon dollarlıq ixracatın böyük hissəsinə ziyan vuracaq.
ABŞ bazarının Türkiyə polad boru ixracatında 18% paya sahib olduğunu ifadə edən Türkiyə Çelik İstehsalçıları Dərnəyi baş katibi Veysel Yayan "Türk firmalarının ABŞ-a 300 min ton qarşılığında təxminən 270 milyon dollarlıq ixracatı var. Bu qərarın ardından Türkiyə firmaları üçün bu ölkəyə ixrac etmək çox çətinləşəcək. Ancaq bu zərərin hesablanan dəyərindən çox, qərarın bənzər olaraq alınma ehtimalı çox narahatedicidir", - deyə bildirib. Polad İxracatçılar Birliyi başçısı Namıq Əkinci isə qərar qarşısında ABŞ Beynəlxalq Ticarət Məhkəməsinə lazımi etirazların ediləcəyini, ancaq açılacaq iddianın 1-2 il davam edə biləcəyini bildirir. Əkinci qərarın əsassız olduğunu qeyd edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Fransada istilərlə əlaqədar ən yüksək təhlükə səviyyəsi elan edilib
-
Atasının ölümünə görə qisas alacaqlarını bəyan etdi
-
İsrail Livanın cənubunda “Hizbullah” obyektlərinə zərbələr endirib
-
Sadettin Sarana qarşı narkotik ittihamı - 10 ilədək həbsi tələb olunur
-
Süni intellekt bəşəriyyəti dörd günə məhv edə bilər - İDDİA
-
Çin aviaşirkətləri tayfun səbəbindən 2800 reysi ləğv etməyi planlaşdırır
XƏBƏR LENTİ
-
Milli Gimnastika Arenasında Matteo Morandi tərəfindən ustad dərsi keçirilib - (Foto)
-
Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu
-
Fransada istilərlə əlaqədar ən yüksək təhlükə səviyyəsi elan edilib
-
Prezident İlham Əliyev: Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb - (Video)
-
Qəbələdə iki maşın yandı
-
Atasının ölümünə görə qisas alacaqlarını bəyan etdi
-
İsrail Livanın cənubunda “Hizbullah” obyektlərinə zərbələr endirib
-
40 yaşdan sonra həyatınızı xilas edəcək dörd tibbi test
-
Sadettin Sarana qarşı narkotik ittihamı - 10 ilədək həbsi tələb olunur
-
Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşanın Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşdən videoçarx paylaşılıb
-
Süni intellekt bəşəriyyəti dörd günə məhv edə bilər - İDDİA
-
Çin aviaşirkətləri tayfun səbəbindən 2800 reysi ləğv etməyi planlaşdırır
-
Matçda təhqiramiz ifadələr işlədən aktyor cərimələndi
-
Bu aylarda doğulan insanlar taleyini dəyişmək üzrədirlər
-
Prezident İlham Əliyev: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
-
Qaradağda ağır qəza - Ölən və yaralananlar var
-
Prezident İlham Əliyev: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
-
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
-
Prezident İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
-
Prezident İlham Əliyevin Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - (Video)
-
Müctəba Xamenei atasının dəfn mərasimində niyə iştirak etməyib?
-
Slovakiya Prezidenti Azərbaycana səfər edəcək
-
Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü





