Dünya

Məhərrəm İncə CHP başqanlığına namizədliyini açıqladı

18 Avqust 2014 15:43
0 Şərh     Baxış: 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament fraksiyasının həmsədri Məhərrəm İncə partiyanın sentyabrın 5-6-da keçiriləcək fövqəladə qurultayında partiya liderliyinə namizəd olacağını rəsmən açıqlayıb.

APA-nın xəbərinə görə, Ankarada mətbuat konfransı keçirən M.İncə parlament fraksiyasının həmsədri vəzifəsindən istefa verdiyini və partiyanın başqanı vəzifəsinə namizədliyini irəli sürəcəyini bəyan edib.

M.İncə CHP-nin hazırkı rəhbərliyini tənqid edərək partiyanın xalqa ümid vermədiyini söyləyib. O, partiyanın lideri Kamal Kılıçdaroğlunun Rəcəb Tayyib Ərdoğanı diktatura qurmaqda ittiham etdiyini, lakin onun özünün CHP daxilində diktatura qurmağa cəhd göstərdiyini vurğulayıb. M.İncə qurultayın çox erkən müddətə təyin olunduğunu xatırladaraq təbliğat üçün kifayət qədər vaxtın olmadığını deyib və qurultayın kiçik salonda keçirilməsi barədə qərarı da sərt tənqid edib.

Xatırladaq ki, 10 avqustda keçirilən prezident seçkilərində CHP və MHP-nin vahid namizədinin məğlub olmasından sonra CHP daxilində partiya rəhbərliyinə etirazlar başlayıb. Bir qrup millət vəkili K. Kılıçdaroğlunu istefaya çağırıb. Bundan sonra K.Kılıçdaroğlu fövqəladə qurultay çağıracaqlarını və istəyən CHP üzvünün başqanlığa namizəd ola biləcəyini açıqlayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.