Dünya

Ermənistan ordusu şokda: əsgərlər kütləvi şəkildə zəhərlənirlər

18 Avqust 2014 11:29
4 Şərh     Baxış: 1 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ermənistan ordusunun məruz qaldığı daha bir acınacaqlı vəziyyət ölkə mediasında işıqlandırılıb.

Milli.Az bildirir ki, Pastinfo.com informasiya saytının yaydığı xəbərdə Ermənistan ordusunda kütləvi zəhərlənmənin baş alıb getdiyi deyilir. Məlumata əsasən, bu yaxınlarda 40 əsgər zəhərlənmə diaqnozu ilə müxtəlif xəstəxanalara aparılıb. Yoxlamalar nəticəsində aydın olub ki, zəhərlənmənin başlıca səbəbi hərbi hissələrdəki əsgər yeməkxanalarında yeməklər üçün çirkli qablardan istifadə olunmasıdır. Yeməkdən sonra yuyulmayan qablar növbəti gün üçün çirkli şəkildə yenidən istifadə olunur.

Zəhərlənən əsgərlərin əksəriyyətində bağırsaq bakteriyaları aşkar olunub. Nəzarətsiz qalan, sanitar və gigiyena qaydalarından xəbərsiz olan əsgər yeməkxanaları bakteriya yuvalarına çevrilərək əsgərləri məhv etməkdədir. Ermənistan Müdafiə Nazirliyi ordunun üzləşdiyi bu problemi araşdırmağa başlayıb.

Prezident Serj Sarkisyan isə öz bəyanatlarında Azərbaycanı hədələməkdən çəkinmir, ölkəsinin hərbi qüdrətinə dastanlar qoşur. Bakteriya ilə müharibədə uduzan ordu real müharibədə nə edə bilər, çox maraqlıdır...

Müşviq Mehdiyev
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.