Dünya

Silahlılar xəstəxananı dağıdıb Ebola xəstələrini küçəyə buraxdılar

18 Avqust 2014 09:40
0 Şərh     Baxış: 1 083
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dəhşətli Ebola virusu epidemiyasının yayıldığı Liberiyanın paytaxtı Monroviyada silahlı şəxslərdən ibarət qrup xəstəxanaya hücum edərək bu virusa yoluxmuş xəstələrin saxlanıldığı karantın mərkəzini dağıdıb.

Virtualaz.org saytı "Frans press"ə istinadən xəbər verir ki, nəticədə karantın mərkəzində saxlanılan bütün xəstələr əhalisi 1,3 milyon nəfər olan şəhərdə azadlıqda qalıblar.

Şahidlərin bildirdiyinə görə, iyulun 17-nə keçən gecə silahlılar xəstəxanaya hücum edərək karantın mərkəzinin qapılarını sındırıblar və tibb müəssisəsini dağıdıblar. Mərkəzdə saxlanılan 29 pasiyent isə qaçıb.

Silahlı qrupun üzvlərinin kimliyi və xəstəxanaya hücumun motivləri məlum deyil.

Liberiyada Ebola virusundan artıq 413 adam ölüb, daha 116 nəfərdə bu virus aşkar edilib. Lakin mütəxəssislər yoluxanların və ölənlərin sayının daha çox olduğunu güman edirlər. Belə ki, küçələrdə Ebola virusundan öldüyü güman edilən insanların cəsədləri atılıb və onlara yaxın duran yoxdur.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, Liberiya, Qvineya, Syerra-Leone və Nigeriyada virusdan ölənlərin sayı 1145 nəfərdir. Daha 2127 nəfər isə virusa yoluxub. Ebola virusuna yoluxanların 90 faizi ölür. Virusa qarşı hələlik effektiv müalicə metodu və peyvənd yoxdur.

"Sərhədsiz həkimlər" təşkilatının nümayəndəsi bildirir ki, ən mürəkkəb vəziyyət Liberiyada yayılıb. Təşkilat virusun artıq Liberiyada ayrı-ayrı qəsəbələrdə deyil, paytaxt Monroviyada da qeydə alındığını, sürətlə yayılmaqda olduğunu bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.