Dünya

"Mars" və "Snickers"də dəhşətli bakteriya aşkarlandı

18 Avqust 2014 09:37
2 Şərh     Baxış: 2 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tanınmış "Mars" və "Snickers" markalarının içkiləri Fransada mağazalardan geri çağırılıb. Həmin məhsullarda xəstəlik törədən bakteriyalar var.

Milli.Az xəbər verir ki, bu barədə məşhur brendin rəsmi nümayəndəsi bildirib. Onun sözlərinə görə, "Bacillus subtilis" adlı bakteriya insan orqanizminə ciddi zərər vura bilər. Bu bakteriya qida zəhərlənməsinə səbəb ola bilər.

Qərar yalnız sport qapaqlı 350 ml həcmdə plastik qablardakı Mars Milk, Snickers Shake, Milky Way Milk və Bounty Drink içkilərinə şamil edilib.

Bütün məhsullar Almaniyada istehsal olunub və istifadə müddəti 2015-ci ilə qədərdir.

"Biz xahiş edirik ki, heç kim bu məhsulu istifadə etməsin", - şirkətin məlumatında deyilir.

Bu məhdudiyyət Almaniya və Hollandiya bazarlarında da tətbiq edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.