Dünya

Ginnes rekordçusunu ölkəyə buraxmadılar

18 Avqust 2014 09:04
0 Şərh     Baxış: 1 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Pirsinq rekordçusu xoşagəlməz hadisə ilə üzləşib.

Anspress-in məlumatına görə, bədəninə ən çox pirsinq taxan insan olaraq Ginnesin Rekordlar kitabına adını yazdıran Rolf Buşolz Türk Hava Yollarına (THY) məxsus təyyarə ilə İstanbuldan Dubaya səfər edərkən sərnişinlərin narazılığıyla rastlaşıb. Belə ki, yanında oturan sərnişinlər onun görünüşündən vahiməyə gəldiklərini, onu özlərindən uzaqlaşdırmağa çalışdıqlarını göstəriblər. Pirsinqli adam üçün ən dəhşətlisi isə Dubayda baş verib. Dubaylı nümayəndələr onu ölkəyə qəbul etməyiblər.

Qeyd edək ki, bədənində 453 ədəd pirsinq taxan Buşolz Dubaya "qəribələrin şousu" adlı tədbirdə iştirak etmək üçün gedib.

Pirsinq (ing. piercing - "deşik, dəlik") - bədənin bir sıra yerlərində deşiyin yaradılması və oraya bəzək və ya zinət əşyalarının taxılmasıdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.