Dünya

Zəlzələdə ölənlərin sayı 410-a çatıb

6 Avqust 2014 09:54
0 Şərh     Baxış: 1 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün hərbçi xilasedicilər dağıntıların altından daha 5 nəfərin meyitini çıxarıblar

Çinin Yunnan vilayətində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 410-a çatıb.

Anspress-in məlumatına görə, ötən gün hərbçi xilasedicilər dağıntıların altından daha 5 nəfərin meyitini çıxarıblar.

Xəsarət alanların sayı isə 2300-ə yaxındır. Xilasetmə işləri hazırda da davam edir. Bildirilir ki, xilasetmə işlərinə minlərlə hərbçi, polis və yanğınsöndürənlər qatılıb. Məlumata görə, yeraltı təkanlar zamanı 12 mindən çox ev dağılıb.

Amerika Birləşmiş Ştatları Geoloji Araşdırmalar mərkəzi zəlzələnin gücünü Rixter cədvəli ilə 6,3 bal kimi qiymətləndirib. Yeraltı təkanların episentri Ludian rayonunda 10 kilometr dərinlikdə qeyd alınıb. Zəlzələ nəticəsində torpaq sürüşmələri də baş verib.

Qeyd edək ki, təbii fəlakət Yunnan vilayətində son 14 ildə baş verən ən güclü zəlzələ hesab olunur. Sonuncu dəfə Çinin Siçuan vilayətində baş vermiş 7,7 bal gücündə zəlzələ 15 min insanın ölümünə səbəb olmuşdu.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.