Dünya

Böyük Britaniyada məşhur şəxslərin telefon danışıqlarını dinləyən jurnalistlərin adları açıqlandı

30 İyul 2014 17:44
0 Şərh     Baxış: 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Böyük Britaniyada siyasətçilər, məşhur idmançılar və hətta kral ailəsi üzvlərinin telefon danışıqlarının jurnalistlər tərəfindən dinlənilməsi ilə bağlı qalmaqalda yeni adlar gündəmə gəlib.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Kral Dövlət Prokurorluğu artıq mövcud olmayan "News of the World" qəzetinin keçmiş redaktor müavini Nil Uollins və həmin qəzetin şöbə müdirlərindən biri olmuş Culs Stensonun adını açıqlayıb.

Onlar məşhur şəxslər və onların yaxınlarının mobil telefonlarına gələn səsli mesajları dinləməkdə ittiham olunurlar.

N.Uollins və C.Stensonun məhkəməsi avqustun 21-də baş tutacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.