Dünya

Ermənistan iqtisadiyyatına yatırılan xarici sərmayələrin həcmi ildən-ilə azalır

30 İyul 2014 16:40
0 Şərh     Baxış: 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan iqtisadiyyatına yatırılan xarici sərmayələrin həcmi ildən-ilə azalır

Trend-in "Armenia Today" saytına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Respublika Sənayeçilər və İşəgötürənlər İttifaqının direktoru Qaqik Makaryan mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, investisiyalar, əsasən, bir neçə sahəyə - telekommunikasiya, daşınmaz əmlak, alkoqol və dağ-mədən sənayesinə yönəldilir.

Bununla yanaşı, Q.Makaryan qeyd edib ki, məsələn, daşınmaz əmlak sahəsinin cəlbediciliyi son illər qiymətlərdə əhəmiyyətli azalmanı təmin edib, dağ-mədən sənayesinə sabit maraq var: "Bütün bunlarla bərabər, sərmayəçilər üçün bu sahələr üzrə maksimum münbit şərait yaradılıb, lakin ölkədə ekologiyaya ciddi ziyan dəyir".

O qeyd edib ki, investisiyalar üçün ənənəvi maneələr qeyri-bərabər rəqabət və korrupsiyadır. Q.Makaryan hər iki amili "risklərlə idarə olunan" adlandırıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.