Dünya

Erməni kəndliləri içməyə su, getməyə yol tapmırlar

30 İyul 2014 11:17
1 Şərh     Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İçməli su vedrələrlə daşınır, qaz yoxdur, yollar keçilməzdir - Ermənistanın əksər kəndləri kimi Loridə yerləşən Kaçaçkut kəndinin də sosial mənzərəsi bu cürdür. Milli.Az bildirir ki, bu barədə hetq.am xəbər verir.

Kənd sakinləri içməli su ehtiyaclarını ödəmək üçün hər gün bulaqdan vedrəylə su daşıyırlar. Çünki bütöv kənd içməli su üzünə həsrətdir. Lori meri kəndə səfər edən zaman sakinlərdən biri ona: "Həyat yoldaşım vedrəylə o qədər su daşıyıb ki, axırda qolları qıçlarından uzun olacaq", - deyib.

Kəndin problemi təkcə su ilə bitmir. Kəndin təsərrüfatı inkişaf edə bilmir. Çünki əkilən məhsulların biçimi, yığımı vaxtında kənddə, demək olar ki, kişi qalmır. Əksər kişilər şəhərlərə, ya da qonşu ölkələrə işləməyə gedirlər.

Kaçaçkut kəndinin yolları, demək olar ki, yox səviyyəsindədir. Olduqca bərbad olan yollar kəndin qonşu kəndlər və əyalət mərkəzi ilə əlaqəsini kəsib. Sakinlər bildirirlər ki, bu yollarda avtomobil idarə etmək ürək istəyir. Yəni kim maşınından bezibsə, gəlsin bu kəndin yollarında sürsün, az müddət sonra maşın dağılmış metal yığınına çevriləcək.

Yolların bu cür vəziyyəti qaz yoxluğundan əziyyət çəkən kəndlilərin vəziyyətini daha da ağırlaşdırır. Yanacaq kimi odundan istifadə edən kənd sakinləri onu ikiqat baha alırlar, çünki odun gətirən maşınlar yolların vəziyyətini bəhanə edərək daha artıq pul istəyirlər.

Kənd rəhbərliyi isə vədlərlə insanları aldatmağa davam edir. Bu isə kənd sakinlərinin səbr kasasını hər gün bir az daha doldurur.

Müşviq Mehdiyev
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.