Dünya

Çili Tel-Əviv səfirini geri çağırdı

30 İyul 2014 09:51
1 Şərh     Baxış: 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səfir Xorxe Montero yaxın günlərdə Santyaqoya qayıdacaq

Latın Amerikası ölkəsi olan Çili İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlara qarşı rəsmi etiraz edib.

Anspress-in xəbərinə görə, Çili paytaxt Tel-Əvivdəki səfirini geri çağırıb. Çili Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada bildirilib ki, səfir Xorxe Montero yaxın günlərdə Santyaqoya qayıdacaq.

XİN-in açıqlamasında rəsmi Santyaqonun Qəzzadakı fələstinlilərin kütləvi cəzalandırılmasına görə təşvişə düşdüyü və böyük xəyal qırıqlığı yaşadığı bildirilib. Həmçinin İsrail ordusunun keçirdiyi hərbi əməliyyatlarla beynəlxalq hüququn kobudcasına pozduğu vurğulanıb.

Xatırladaq ki, bir müddət əvvəl bu əməliyyatlara etiraz edən daha bir Latın Amerikası ölkəsi Venesuela İsrail səfirini ölkəsindən çıxarmış, Çili isə İsrail ilə olan biznes əlaqələrini qeyri-müəyyən vaxta qədər dondurmuşdu.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.