Dünya

Con Kerri: "Netanyahu özü istədi"

30 İyul 2014 12:17
0 Şərh     Baxış: 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Dövlət katibi İsrailin özünümüdafiə hüququ olduğunu təkrarlayıb

Kerri Ukrayna xarici işlər naziri Pavlo Klimkin ilə ABŞ Dövlət Departamentində təşkil etdiyi ortaq mətbuat konfransında, Qəzzada atəşkəs əldə olunması üçün keçən həftə sonun göstərdiyi səylər görə İsraildəki bəzi seqmentlərin yönəltdiyi tənqidlərlə cavab verib.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Kerri bu mövzunu İsrail baş naziri B. Netanyahunun açdığını deyib.

"Baş nazir Netanyahu atəşkəs mövzusunu özü açdı. İsrarla İsrailin özünü tunellərə qarşı qorumasına icazə verəcək bir atəşkəsdən danışdı. Netanyahunun şəxsən özü məndən "bu müddət ərzində humanist bir atəşkəsə nail olmaq üçün çalışa bilərsinizmi?" deyə soruşdu. Onun bu öhdəliyi olmasaydı, əlbəttə, ABŞ prezidenti və mən bu məsələyə heç girişməzdik. İndi ya onun təşəbbüsünü doğru qəbul edəcəyəm, ya da biri burada başqa bir oyun oynayır və ümid edirəm bu gerçək deyil".

Özünün, hətta bütün dünyanın İsrailin tunellərdən gələn hücumlardan zərər gördüyünə inandığını, İsrailin özünü müdafiə etmə haqqı olduğuna ilk gündən bu yana dəstək verdiklərini ifadə edən Kerri, "İsrailin tunellərdən gələn hücumlara, raket hücumlarına qarşı hərəkətə keçmə haqqı olduğunu söylədik. Bütün görüşlərimizdə problemlərin vətəndaşlara ən az zərər verəcək şəkildə həll olunmasına tərəfdar olduğumuzu dilə gətirdik. Siyasi həyatım boyunca daha əvvəl də bu cür hücumlara məruz qaldım. Amma bu mənimlə əlaqədar bir şey deyil. Bu birbaşa İsrail ilə, İsrailin özünü müdafiə etmə hüququ ilə, və bu mövzuda onlara verdiyimiz dəstəklə əlaqədardır", - dedi.

Atəşkəs şərtlərinin, İsrailin tunellərə müdaxilə etməsinə imkan tanıdığını və bunu açıqca dilə gətirmək lazım olduğunu ifadə edən Con Kerri: "Qısa bir atəşkəsi, daha uzun atəşkəsə çevirmək üçün çalışdıq. BMT-nin, beynəlxalq cəmiyyətin çağırışları da bu istiqamətdə oldu. Netahyahunun özü də İsrailə zərər gəlməyəcək bir atəşkəs istədi və bunun zəmanətini verdik. Həqiqət budur ki, bizim səylərimiz sayəsində əvvəl 12 saatlıq qısa davamlı bir atəşkəs təmin etdik, sonra 24 saata çıxdı", - dedi.

İsrail tərəfindən məruz qaldığı hücumlara əhəmiyyət vermədiyini ifadə edən Kerri İsrailin bütün müdafiə hüquqlarına sahib çıxdıqlarını, insanı baxımdan bir an əvvəl atəşkəsin təmin edilməsi üçün çalışdıqlarını, ABŞ prezidenti Barak Obamanın da, beynəlxalq cəmiyyətin də bunun üçün çalışdığını ifadə edərək, "ABŞ Senatında 29 il vəzifə də olmuşam. Hər vəziyyətdə yüzdə yüz İsrail adına səs verdim. Döyüşə qatılmış biri olaraq, dayandırılamaz bir nöqtəyə gəlmədən əvvəl bu qarşıdurmaları dayandırmağa çalışmağın əhəmiyyətini bilirəm. Əgər Netanyahunun öhdəliyi olmasaydı, əlbəttə, ABŞ prezidenti və mən bu səyə heç girişməzdik. İndi ya onun təşəbbüsünü doğru qəbul edəcəyəm ya da biri burada fərqli bir oyun oynayır və ümid edirəm gerçək bu deyil", - deyə çıxışını sonlandırdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.