Dünya

"İŞİD" əsgərləri üçün evlənmə bürosu

30 İyul 2014 09:25
0 Şərh     Baxış: 986
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nikah agentliyi vasitəsilə yeni tanış olanlar avtobusla "İŞİD"in işğal etdiyi ərazilərdə turlara çıxacaqlar

Qondarma İraq və Şam İslam dövləti yaradan "İŞİD" terrorist təşkilatının üzvləri eşqə düşüblər.

Anspress-in məlumatına görə, təşkilat rəsmən zəbt olunan Suriya və İraq ərazilərində fəaliyyət göstərəcək və sırf "İŞİD" əsgərlərinə xidmət edəcək nikah agentliyi açıb. Agentlikdə "İŞİD" üzvləri ilə evlənmək istəyən xanımlar üçün tanışlıq xidməti və evlənmə bürosu fəaliyyət göstərəcək. Bir "İŞİD"çinin yoldaşı olmaq istəyən zərif cinsin nümayəndəsi burada özlərinə əsl "mücahid" tapa bilər.

Yeni xidmət təşkilatçılarının dediyinə görə, onların qapısı "əsl cihadçı" arzusunda olan tənha və dul xanımlar üçün açıqdır. Bu cür tanışlığa razı olacaq xanımlar özləri barədə məlumatı büroya təqdim etməli və hər hansı bir yaraqlının onu bəyənib, seçməsini gözləməlidir. Bu dəfə seçimini etmiş "İŞİD"çi özü xanımın qapısın döyüb ona evlilik təklifi edə bilər.

Agentlik tərəfindən yeni evlənmiş cütlüyə qondarma İslam dövlətinin hər hansı bir bölgəsinə avtobus turları xidməti də təklif edilir. Avtobus həftədə 2 dəfə Suriyanın Anbar şəhərindən tərpənir. Onun axrıncı dayanacağı isə İraqın Rakka şəhəridir.

Bu arada, qısamüddətli münasibətlər təşkilatçılar tərəfindən qəti şəkildə bəyənilmir, nikahdan kənar əlaqələr isə ciddi cəzalandırılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.