Dünya

Ukrayna ballistik raketlərə əl atdı

30 İyul 2014 09:54
0 Şərh     Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna ordusunun 454 kiloluq, 89 kilometr fəaliyyət radiusu olan raketlərdən istifadə etdiyi iddia olunur

Ukrayna güc strukturları şərqdə gedən hərbi əməliyyatlar zamanı qısa mənzilli ballistik raketlərə əl atıb.

Anspress-in məlumatına görə, "CNN" telekanalı ABŞ kəşfiyyatında olan 3 mənbəyə istinadən bildirir ki, Ukrayna ordusu 454 kiloluq döyüş başlıqlı, 89 kilometr fəaliyyət radiusu olan raketlərdən istifadə edir. Bu, indiyədək münaqişədə istifadə edilən ən dağıdıcı silahdır.

Məlumatda istifadə olunan raketlərin hara düşdüyü və nə kimi ziyan verdiyi bildirilməyib. "ABŞ kəşfiyyatı, əlbəttə ki, bu cür raketlərin atışını isbat edəcək şəkilləri göstərməyəcək. Çünki ukraynalılar pis uşaqlar deyil", - deyə kanal mənbələrdən birinin sitatını önə çıxarıb. Digər mənbə raketlərin atışını "münaqişənin genişləndirilməsi" kimi qiymətləndirsə də, "ukraynalıların özlərini qorumaq hüququ var" deyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.