Dünya

İsrailli əsgərlər belə öldürüldülər - VİDEO - FOTO

30 İyul 2014 09:42
0 Şərh     Baxış: 1 950
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fələstindəki Qəzza bölgəsini idarə edən HƏMAS hərəkatının hərbi qanadı olan "İzəddin əl Qəssam dəstələri" İsrail Müdafiə Ordusunun (SAXAL) postlarından birinə hücum videosunu yayıb.
 

Videoçəkiliş HƏMAS-ın "Əl Əqsa" telekanalında nümayiş olunub.


Milli.Az Al Manar-a istinadən bildirir ki, video Qəzza ilə İsrail arasındakı Naxal-Ozda çəkilib.
 

"İzəddin əl Qəssam dəstələri"nin xüsusi təyinatlı dəstəsi Qəzza bölgəsindən yeraltı tunellə Qəzzanı İsraildən ayıran beton hasardakı postlardan birinin yanında çıxır. Burada onlar İsrail ordusunun nəzarət qülləsinin həyətinə daxil olur və israilli hərbçilərə hücum edirlər.
 

Hücum zamanı 5 israilli hərbçi həlak olur. Tuneldən çıxan fələstinlilərdən biri də aldığı yaralardan keçinir.

Fələstinlilər israilli əsgərlərin silahlarını götürəndən sonra yenidən tunelə düşür və Qəzzaya qayıdırlar.
 

İsrailin Fələstinin Qəzza bölgəsində "Sarsılmaz qaya" əməliyyatına başladığı gündən bəri 1200 fələstinli və 53 israilli həlak olub.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.