Dünya

Rəsmi Kiyev: "Rusiya daha bir təyyarəmizi vurdu"

17 İyul 2014 22:56
0 Şərh     Baxış: 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Milli Təhlükəsizlik Şurası az öncə bəyanat yayaraq bildirib ki, ölkə səmasında planlı uçuşu həyata keçirən Su-25 qırıcısı Rusiyanın Hərbi-Hava qüvvələrinə məxsus təyyarə tərəfindən vurulub.
 

Milli.Az UNİAN-a istinadən bildirir ki, Şuranın informasiya mərkəzinin yetkilisi Andrey Lısenko söyləyib: "Rusiya təyyarəsindən buraxılan raket ölkə səmasında uçan Su-25 qırıcısınıü vurub salıb. Təyyarəçimiz katapultdan istifadə edib. O, təhlükəsiz yerə təlxiyyə olunub".
 

Ukraynanın şərqindəki separatçılar isə Qorlovka şəhərinin yaxınlığında mobil zenit-raket kompleksi vasitəsilə Ukraynanın iki hərbi təyyarəsini vurduğunu bildiriblər.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin rəsmi Kiyevin açıqlamasını rədd edib: "Rusiyanın silahlı qüvvələri Ukrayna təyyarəsini vurmayıblar".

Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın bəyanatını absurd adlandırıb.
 

Donetsk vilayətinin Torez şəhərinin səmasında Ukrayna Hərbi-Hava Qüvvələrinin daha bir nəqliyyat təyyarəsinin vurulduğu bildirilirö Təyyarə "Proqress" şaxtasının yanına, yaşayış məhəllələrindən kənara düşüb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.