Dünya

"Ukrayna hərbi təyyarəsi Rusiya təyyarəsi tərəfindən vuruldu"

17 İyul 2014 15:33
0 Şərh     Baxış: 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İyulun 16-da Rusiya Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarə Ukrayna Hava Qüvvələrinə məxsus hərbi təyyarəni Ukrayna səmasında vurub. Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sensasiyalı informasiyanı Ukraynanın "Censor.net" xəbər saytının baş redaktoru Yuri Butusov özünün Facebook səhifəsində açıqlayıb.

Y.Butusov bildirib ki, Ukraynaya məxsus "Su-25" təyyarəsi Donetsk vilayətində terrorçuların artilleriya qurğularına zərbə endirmək istəyərkən Donetsk vilayətinin Snejnoye şəhəri yaxınlığında Rusiyaya məxsus "Su-27" tərəfindən vurulub. Rusiya təyyarəsi qonşu Rostovda yerləşən aerodromdan havaya qalxıb və "hava-hava" tipli raketlə Ukrayna təyyarəsinə zərbə endirib.  
 
Qeyd edək ki, bir neçə gün əvvəl Luqansk vilayəti üzərində Ukrayna Hava Qüvvələrinə məxsus "An-26" nəqliyyat təyyarəsi 6500 metr yüksəklikdə vurulub. Ukrayna tərəfi təyyarənin Rusiya ordusu tərəfindən vurulduğunu bəyan edib. 

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.