Dünya

Obamanı öldürmək istəyən aktrisaya ağır cəza

17 İyul 2014 13:58
0 Şərh     Baxış: 1 325
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

36 yaşlı aktrisa ömrünün 18 ilini həbsxanada keçirəcək

ABŞ prezidenti Barak Obamanı zəhərləmək istəyən keçmiş aktrisaya hökm oxunub.

36 yaşlı Şennon Rocers Qess Riçardson 18 il müddətinə azadlıqdan məhrum edilib.

Anspress-in məlumatına görə, Texas məhkəməsi Şennon Riçardson əməlindən peşman olduğuna görə, onun cəza müddətini artırmayıb.

Həbs cəzasından başqa Şennon 367 000 min dollar dəyərində cərimə də ödəməlidir.

Qeyd edək ki, 36 yaşlı Şennon Riçardson ABŞ prezidenti Barak Obama və Nyu-Yorkun keçmiş meri Maykl Bloombergə içində zəhər olan məktub yollamışdı. Polis onu ötən ilin iyun ayında Texas ştatında həbs edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.