Dünya

Ukraynanın şərqində gedən döyüşlərdə hökumət qüvvələri 200 nəfər itirib - YENİLƏNİB

17 İyul 2014 19:13
0 Şərh     Baxış: 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
19:13

Ukraynanın şərqində yerləşən İzvarino qəsəbəsi yaxınlığında gedən döyüşlərdə 200-dək ukraynalı əsgər ölüb.

APA-nın məlumatına görə, bu barədə "Korrespondent.net" saytı Ukrayna güc strukturlarındakı mənbəyə istinadən xəbər yayıb.

Hələlik rəsmi qurumlar məsələ ilə bağlı açıqlama verməyiblər.


----------
13:43

Ukraynanın Donetsk vilayətinin Rusiya ilə həmsərhəd Marinovka yaşayış məntəqəsində separatçılarla Ukrayna ordusu arasında şiddətli döyüşlər gedir

APA-nın xəbərinə görə, Ukraynanın "İnformasiya müqaviməti" hərbi-siyasi tədqiqatlar mərkəzinin rəhbəri, nüfuzlu hərbi ekspert Dmitri Tımçuk iyulun 16-da gün ərzində separatçı-terrorçu qruplaşmanın böyük qüvvə ilə 4 dəfə Ukrayna ordusunun mövqelərinə hücum etdiyini bildirib:

"Dünəndən bəri Marinovka yaxınlığındakı döyüşlər səngiməyib. Silahlılar 5 tank və bir neçə "BTR"lə hücuma keçiblər. Antiterror qüvvələri cavab atəşləri ilə 3 tank və 2 "BTR"i məhv edib. Döyüş yerinə terrorçuları gətirən 3 avtomobil vurulub. İtkilər dəqiqləşdirilir".

D.Tımçuk terrorçuların kəşfiyyat məqsədilə pilotsuz uçuş aparatlarından istifadə etdiklərini də söyləyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.