Dünya

Amerika erməniləri Tiqran Sarqsyandan hesabat tələb edəcək

17 İyul 2014 13:23
0 Şərh     Baxış: 622
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ermənistanın keçmiş baş naziri Tiqran Sarqsyan ölkəsinin ABŞ-dakı səfiri kimi rəsmən öz vəzfəsinin icrasına başladı. Bu xəbər Amerikada yaşayan ermənilər tərəfindən müsbət və mənfi hal kimi dəyərləndirildi.

Milli.Az bildirir ki, Amerikadakı erməni diasporçuları qalmaqallı eks-baş nazirin belə mühüm vəzifəyə təyin edilməsini prezident Sarqsyanın oyunlarından biri adlandırmışdı. İndi isə diaspor onun təyinatının nəticələrini 3 yolla izah edir.

Diasporçulara görə, ilk öncə bu, bəd xəbərdir. Çünki ölkəsinin yoxsul insanlarını korrupsiya ilə məhv edən cinayətkar Tiqran Sarqsyan səfir təyin olunmaqla siyasi immunitet alır və toxunulmazlıq əldə edir.

Diasporçulara görə, bu işin yaxşı tərəfi də var. Belə ki, siyasi immunitet həmişəlik deyil və müəyyən müddət sonra başa çatacaq. Ondan sonra isə məhv etməyə çalışdığı xalq onu mühakimə edib oğurladığı pulları geri ala biləcək.

Diasporçuların fikrincə, bu işin ən yaxşı tərəfi isə onun daimi olaraq Amerikan erməniləri ilə üzləşəcəyidir. Amerikadakı ermənilər onu sorğu-suala tutacaq - niyə Erməni hökümətindəki oliqarxlardan vergi almayıb, niyə dövlət məmuru olduğu halda özünün şəxsi biznesi olub, offşor əməliyyatlardan əldə etdiyi pulları hara gizlədib və nə üçün hər zaman vergidən yayınıb.

Amerikan erməniləri Tiqran Sarqsyanın onların "ayağına" gəlməsini ona qarşı hücum üçün əla fürsət kimi dəyərləndiriblər. Diasporçular yuxarıda qeyd olunan suallarla birgə yeni səfirin qarşısına çıxıb ondan izahat tələb etməyə hazırlaşırlar.

Müşviq Mehdiyev
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.